Rus təyyarəsinin qəzası terror aktı deyil
https://azeri.sahartv.ir/news/dünya-i253139-rus_təyyarəsinin_qəzası_terror_aktı_deyil
Moskvada məlumatlı dairələr bildiriblər ki, Rusiya təyyarəsinin qəzaya uğramasının səbəbi terror aktı deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2016 11:47 Asia/Baku
  • Rus təyyarəsinin qəzası terror aktı deyil
    Rus təyyarəsinin qəzası terror aktı deyil

Moskvada məlumatlı dairələr bildiriblər ki, Rusiya təyyarəsinin qəzaya uğramasının səbəbi terror aktı deyil.

Rusiyanın nəqliyyat naziri deyib: Terror aktı, Rusiya təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri arasında deyildir.

Maksim Sokolov deyib: Rusiyanın Topolov 154 təyyarəsinin qəzaya uğramasının əsas səbəbi insan xətası və yaxud texniki qüsurdur.

Rusiya Müdafiə Nazirliyi ötən gün bildirib: Soçi yaxınlığında Qara dənizdə qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olublar.

Bu hərbi təyyarə 91 sərnişinlə Suriyada Laziqiyyə şəhəri ətrafında Hmeymim hərbi bazasına uçurmuş. Qızıl Ordunun Xor Qrupunun məşhur 60-dan çox üzvü bu təyyarənin sərnişini olub.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi gününü matəm elan edib.