Berlindən Hələbədək humanist yürüş
Dek 28, 2016 11:05 Asia/Baku
-
Berlindən Hələbədək humanist yürüş
Avropanın müxtəlif yerlərindən 300-ə yaxın sülh fəalı Hələb və Suriyaya beynəlxalq dəstək məqsədi ilə Berlindən Hələbədək yürüşə start veriblər
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, bu yürüş bazar ertəsi günü Berlinin keçmiş Tempelhof aeroportundan Hələbə doğru başlanıb. Bu aeroport hazırda yüzlərlə suriyalı miqrantın məskunlaşdırıldığı ərazidir.
3 min km-dən ibarət olan bu yürüş istiqaməti Suriya və İraq müharibələrinin didərginlərinin Avropaya mühacirətinin əks istiqamətidir.
Bu yürüşdə məqsəd Suriyada mülkiyə hümanitar yardım eləcə də Suriya böhranına dinc həll yolunun tapılması üçün beynəlxalq ictimaiyyətə təzyiq göstərməkdən ibarətdir.