Trampdan Putinə təşəkkür
Amerikanın seçilmiş prezidenti Donald Tramp dünən gecə bir twitter müraciətində Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonun cümə axşamı günkü hərəkətinə cavab olaraq, amerikalı diplomatları çıxarmamaq barədəki qərarını yüksək qiymətləndirərək, deyib ki, o, həmişə Putinin ağıllı adam olduğunu bilirdi.
IRNA-nın məlumatına görə, Vladimir Putin Vaşinqtonun 35 rus diplomatı çıxarmaq üzrə cümə axşamı günkü hərəkətinə reaksiyada Obamanın öz səkkiz illik prezidentlik dövrünü belə bir hərəkətlə başa vurmasından təəssüflənərək, bildirib ki, amerikalı diplomatları öz ölkəsindən çıxarmayacaq.
Bu xəbərin yayılması ilə Tramp Putinin bu hərəkətini fövqəladə bir hərəkət adlandırıb.
Trampın bu mövqeyi elə bir halda tutulur ki, təqribən bütün amerikalı siyasətçilər və qanunvericilər Ağ Evin bu hərəkətini dəstəkləyib və onların bəziləri hətta bu qərarı gecikmiş bir qərar adlandırıbdır.
Putinin Obamanın hərəkətinə cavab reaksiyası verməmək üzrə qərarının, Amerikanın siyasi dairələrində, Kreml rəhbəri tərəfindən gözlənilməz bir metod dəyişikliyi kimi qarşılandığı bir halda, ABŞ-ın siyasi qaydalarında "Birləşmiş Ştatların milli maraqlarını lağa qoymaq" kimi təbir olunmuş Putinin bu hərəkətinin Tramp tərəfindən yüksək dəyərləndirilməsi, Tramp və onu hakimiyyətə çatdırmış respublikaçılar üçün yeni problemlərin başlanğıcı ola bilər.