Türkiyə baş naziri: Dünyada heç bir ölkə terror aktından amanda qalmayacaq
https://azeri.sahartv.ir/news/dünya-i254080-türkiyə_baş_naziri_dünyada_heç_bir_ölkə_terror_aktından_amanda_qalmayacaq
Ölkəsi Suriyada terror qruplaşmalarına heç bir dəstəyi əsirgəməyən Türkiyə baş naziri deyib: Dünyada heç bir ölkə terror təşkilatlarının təhlükəsi və terror aktından amanda qalmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2017 13:50 Asia/Baku
  • Binəli Yıldırım
    Binəli Yıldırım

Ölkəsi Suriyada terror qruplaşmalarına heç bir dəstəyi əsirgəməyən Türkiyə baş naziri deyib: Dünyada heç bir ölkə terror təşkilatlarının təhlükəsi və terror aktından amanda qalmayacaq.

Əl-Hədəs televiziyasının məlumatına görə, Binəli Yıldırım keçirdiyi mətbuat konfransında İstanbulda gecə klubuna qarşı törədilən terror aktı barədə əlavə edib: Hamı bilməlidir ki, hazırda Türkiyədə baş verənlər başqa ölkələrdə də baş verəcək. Dünyada heç bir ölkə terror aktı və terror qruplaşmalarının təhlükəsindən amanda qalmayacaq.

Binəli Yıldırım əlavə edib: Türkiyə Suriyada qarşıdurmaların dayandırılması məqsədilə bir neçə lazımi addım atıb. Atılan addımlar BMT-də də qəbul edilmişdir. Bu, terrorizmlə mübarizədə xüsusi uğur hesab olunur.