Nyu-Yorkda dəmiryolu qəzası
https://azeri.sahartv.ir/news/dünya-i254482-nyu_yorkda_dəmiryolu_qəzası
Nyu-York metrosuna aid olan bir qatar dünən Brooklyn stansiyasında relsdən çıxıb və 103-dən çox nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 06:12 Asia/Baku
  • Nyu-Yorkda dəmiryolu qəzası
    Nyu-Yorkda dəmiryolu qəzası

Nyu-York metrosuna aid olan bir qatar dünən Brooklyn stansiyasında relsdən çıxıb və 103-dən çox nəfər yaralanıb.

Press TV-nin məlumatına görə, bu qatar dünən yerli vaxtla səhər saat 8-30 radələrində qəzaya uğrayıb.

Hadisə zamanı qatarda təqribən 700 sərnişin olub. Qatarın öz yolundan çıxması ötən üç ay ərzində Nyu-York qatarları ilə bağlı baş verən ikinci hadisədir.

2016-cı ilin sonlarında da Nyu-Yorkdan Nyu-Cersiyə gedən bir qatar Hoboken terminalında relsdən çıxdı. Nəticədə bir nəfər həyatını itirdi, 114 nəfər də yaralandı.