Avropa Birliyinin problemləri haqda xəbərdarlıq
-
Avropa Birliyinin problemləri haqda xəbərdarlıq
Avropa Parlamentinin sədri xəbərdarlıq edib ki, Avropa Birliyi İngiltərənin bu ittifaqdan çıxmasına və sağçıların hərəkətlərinə görə, bir çox problemlə üzləşibdir.
IRIB-nin məlumatına görə, Avropa Parlamentinin sədri Martin Şults Londonda çıxan Qardian qəzetilə müsahibədə deyib: Avropalı rəhbərlərin Avropa Birliyinin münasibətilə bağlı öz vətəndaşlarını qane etməkdə uğursuz qalmaları problemlərin yaranmasına səbəb olubdur.
Avropa Parlamentinin sədri əlavə edib: Milli dövlətlər popolist sağçılarla qarşılaşmada siyasi cəsarətə malik deyillər.
Avropa Parlamenti sədrinin dediyinə görə, Avropa Birliyinin siyasi quruluşu öz şəraitinin yaxşılaşması üçün dəyişikliklərə ehtiyaclıdır.
Avropa Parlamentinin sədri həmçinin deyib: Brüsseldəki siyasətçilər Avropanın qərbi və şərqindəki ölkələr arasında mövcud olan mədəniyyət ixtilaflarına məhəl qoymayıblar