Floridada dəhşətli insidentdə həlak olanların sayı artıb
Yan 07, 2017 10:31 Asia/Baku
Amerikanın Florida ştatında aeroporta silahlı hücumda həlak olanlar və yaralıların sayı artıb.
Press TV-nin məlumatına görə, Florida ştatının Fort Lauderdale Hollywood beynəlxalq hava limanında silahlı şəxs beş nəfəri qətlə yetirib, azı 13 nəfəri də yaralayıb.
Broward County meri Barbara Şerif deyib: Silahlı şəxs aeroporta sərnişinlərə təkbaşına hücum edib və onunla bir şəxsin əlbir olması barədə məlumat və ya faktlar yoxdur.
Bu hücumu edən Esteban Santiago hazırda polis təcridxanasındadır.
Ağ Evin sabiq sözçüsü Ari Fleischer də insident zamanı aeroportda olub və Twitterdə bu hadisənin baş verməsi haqda status yazıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Twitterdə bildirib: Floridadakı qeyri-münasib vəziyyəti nəzarətdə saxlayır.