Yan 09, 2017 13:09 Asia/Baku
  • Obamadan Trampa xəbərdarlıq
    Obamadan Trampa xəbərdarlıq

Barak Obama ABŞ prezidenti olaraq ABC telekanalına verdiyi sonuncu müsahibəsində deyib: Rusların bizim seçkilərdə gördükləri işlər digər ölkələrin və ABŞ-ın növbəti seçkilərində təkrar edilə bilər.

B.Obama ABŞ-ın təhlükəsizlik orqanlarının kiber hücumlar və Rusiyanın yüksək səviyyəli rəsmilərinin bu kiber hücumların arxasında durması barəsindəki hesabatlarına və Rusiyanın Trampın hakimiyyətə gəlməsində maraqlı olmasına dair sualın cavabında deyib: Mən belə düşünürəm ki, hesabat tam aydındır. Birincisi ruslar seçkilərin gedişinə müdaxilə etməyə çalışıblar. İkincisi, rusların bu kiber hücumlarda əli olması bu səylərin bir hissəsi sayılır.

B.Obama Rusiya prezidenti Vladimir Putini düzgün dəyərləndirə bilməməsi barədə sualın cavabında isə deyib: Putinlə bağlı dəyərləndirmələrimdə səhvə yol verməmişəm. Lakin, hazırkı informasiya dövrünün imkanlarını düzgün dəyərləndirə bilməmişəm.

Obama həmçinin xələfi Donald Trampa xitabən deyib: ABŞ prezidentliyi bir ailə biznesi deyil və Tramp diqqətini siyasətə yönəltməlidir.

Teqlər