Yan 11, 2017 13:14 Asia/Baku
  • Barak Obama
    Barak Obama

Barak Obama ABŞ-ın przidenti vəzifəsində olduğu son çıxışında İranla nüvə anlaşmasını öz hökuməti üçün nailiyyət adlandırıb

Barak Obama özünün prezident vəzifəsində olduğu sonuncu çıxışında iqtisadi vəziyyətin yaxşılaşdırılması, İranla nüvə anlaşması, Kuba ilə barışıq və Ben Ladənin öldürülməsini hökumətinin ən böyük uğurları adlandırıb. Eyni zamanda təfriqəçiliyin, ayrı-seçkiliyin, sosial bərabərsizliyin və ABŞ-da təhsil və müalizə sisteminin zəifliyinin davam etməsini özünn səkkiz illik prezidentliyi dövrünün uğursuzluqları kimi təqdim edib. 

ABŞ prezidenti Barak Obama ölkəsinin demokratiya sınağı barədə xəbərdarlıq edərək deyib: Bu sınaq Amerikanın süqutu yaxud yüksəlməsinə gətirib çıxara bilər. Hələ də ABŞ-da irqçilik, təfriqəçi qüvvə olaraq qalır. 

Amerikanın son yarım əsrdə ən əsas ictimai islahatı hesab olunan Obamaker adlı ucuz müalicə sığortası qanununun qəbul edilməsinə baxmayaraq, Obama həqiqi mənada Amerika ictimaiyyətini bu qanunun məziyyətlərindən faydalandıra bilmədi. 

Teqlər