Beynəlxalq ictimaiyyətin susqunluğu altında yəmənli məktəblilər qırğın edilir
-
Beynəlxalq ictimaiyyətin susqunluğu altında yəmənli məktəblilər qırğın edilir
Yəmənin Ali Siyasi Şurası bu ölkə məktəbliləri və xalqının qırğın edilməsinin beynəlxalq ictimaiyyətin susqunluğunun nəticəsi olduğunu bildirib.
Yəmənin Ali Siyasi Şurası bir bəyanat yayaraq Ali-Səud qırıcılarının dünən Paytaxt Sənanın 9-cu rayonunda bir məktəbə qarşı hücumunu pisləyərək bildirib ki, bu cinayətlər Yəmən qüvvələrinin dağıdıcı cavabı sayəsində bu ölkə xalqının müqavimətinin güclənməsinə gətirib-çıxaracaq.
Yəmənin Ali Siyasi Şurası Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələrinin son iki il ərzində Yəmənə qarşı vəhşicəsinə hücumlarının Yəmən xalqı qarşısında məğlubiyyətin nəticəsi olduğunu xatırladaraq bildirib: Təcavüzkarlar döyüş cəbhələrindəki məğlubiyyətlərini ört-basdır etmək üçün məktəblər, bazar və yaşayış məntəqələrində günahsız mülkiyə qarşı cinayətlər törədirlər.
Dünən təcavüzkar Səudiyyə qırıcılarının Sənanın şimal-qərbində 9-cu rayonuna qarşı üç hava hücumunda bir ibtidayi məktəbi hədəfə alaraq 8 məktəblini öldürüb 15-ni isə yaralayıb.
Səudiyyə Ərəbistanı qırıcıları həmçinin mülkiləri Cibutidən Təəzin Əl-Məxa sahilinə köçürən qayığı bombalayaraq qadınlar da daxil 15 nəfəri öldürüb.
2015-ci ildən başlayan Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarında 11 mindən çox mülki ölüb və milyonlarla yəmənli didərgin düşüb. Bu hücumlar həmçinin Yəmənin infrasturukturunu o cümlədən səhiyyə və müalicə mərkəzlərini dağıdıb.