Yan 11, 2017 20:25 Asia/Baku
  • Antonio Guterş
    Antonio Guterş

Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi deyib: Bu gün hamının prioriteti çaxnaşmaların qarşısını almaq və davamlı sülh uğrunda çalışmaqdan ibarət olmalıdır.

Antonio Guterş BMT Təhlükəsizlik Şurasının " Beynəlxalq sülh və təhlükəsizliyin mühafizəsi, çaxnaşmaların qarşısının alınması və davamlı sülhün yaradılmasına səy" başlıqlı 7857-ci iclasında etdiyi çıxışında deyib: BMT müharibə və çaxnaşmanın qarşısını almaq və bu istiqamətdə qanunlara sədaqət üçün yaradıldı. Bu gün beynəlxalq intizam böyük təhdidlərlə üz-üzədir. Milyonlarla insan böhranla üzləşir və TŞ-dən beynəlxalq stabilliyi və insanların təhlükəsizliyini mühafizə etməsini gözləyir, lakin müharibələrin və çaxnaşmaların dünyanın müxtəlif regionlarında törətdiyi insani və iqtisadi xərcləri məsələnin son dərəcə mürəkkəb olduğunu göstərir. 

Antonio Guterş deyib: 2017-ci ilin sülh ili olduğunu demək sadəlövhlük olardı amma üzərimizə düşən vəzifə ondan ibarətdir ki, 2017-ci ilin sülh üçün yadda qalan il olması naminə əlimizdən gələni etməliyik. 

Teqlər