Britaniya Səudiyyə Ərəbistanına 500 parçalanan bomba satdığını etiraf edib
https://azeri.sahartv.ir/news/dünya-i255742-britaniya_səudiyyə_Ərəbistanına_500_parçalanan_bomba_satdığını_etiraf_edib
Rəsmi bir hesabat göstərir ki, Britaniya 1980-ci illərdə Səudiyyə Ərəbistanına 500 ədəd parçalanan bomba satıb və Ərrəyad bu bombalardan yoxsul Yəmən ölkəsinə qarşı hücumlarda istifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2017 17:30 Asia/Baku
  • Britaniya Səudiyyə Ərəbistanına 500 parçalanan bomba satdığını etiraf edib
    Britaniya Səudiyyə Ərəbistanına 500 parçalanan bomba satdığını etiraf edib

Rəsmi bir hesabat göstərir ki, Britaniya 1980-ci illərdə Səudiyyə Ərəbistanına 500 ədəd parçalanan bomba satıb və Ərrəyad bu bombalardan yoxsul Yəmən ölkəsinə qarşı hücumlarda istifadə edib.

Britaniyanın müdafiə naziri Maykl Falonun bu ölkə parlamentinin mühafizəkar nümayəndəsi Filip Holobona ünvanladığı məktubda deyilir: Britaniya 1986-cı ildə Səudiyyə Ərəbistanı dövləti ilə imzaladığı bir müqavilə əsasında bu ölkəyə 500 ədəd BL755 tipli parçalanan bomba təhvil verib. 

Falon ötən ay bildirmişdi ki, Səudiyyə Ərəbistanının hərbçiləri Yəmənə qarşı hücumda Britaniyanın istehsalı olan parçalanan bombalardan istifadə edib. Elə həmən dövrdə Səudiyyə Ərəbistanının özü də Britaniya silahlarından Yəmənə qarşı istifadə etdiyini etiraf etmişdi. 

Britaniyanın xarici işlər nazirinin müavini Tubian Elvud dünən leyboristlər palatasında etdiyi çıxışında deyib: Səudiyyə Ərəbistanı Britaniya dövlətinə artıq parçalanan bombalardan istifadə etməyəcəyini bildirmiş olsa da hələ bu silahları məhv etdiyini bildirməyib. 

Britaniyanın kölgə hökumətinin liberal demokrar xarici işlər naziri Tom Brek isə bu barədə deyib: Britaniyanın belə böyük həcmdə parçalanan bomba satdığı və bu gün Yəmənə qarşı onlardan istifadə olunduğu Britaniyanın şöhrətinə rüsvayçı damğadır. 

Tom Brek deyib: Maykl Falon Ali-Səud rejiminə silah satışını dərhal dayandırmalı, verilən silahlardan istifadənin dayandırılması üçün bu rejimə təzyiq göstərməlidir. 

Brik həmçinin deyib: Xalq günahsız Yəmən mülkilərinə qarşı bombardımanlara nifrət edir və hökumətimiz bu vəhşi döyüşdə iştirakına dərhal son qoymalıdır. 

Britaniya silahlarının Səudiyyə Ərəbistanına satışı son aylar ərzində Ali-Səud rejiminin Yəmən xalqına qarşı hava hücumlarında mülkiyə qarşı ağır insan tələfatından sonra Britaniyanın daxili və xaricində diqqət mərkəzində durub.