Türkiyədə 80 zabitin həyat yoldaşının həbsinə order verilib
Türkiyə Baş Prokurorluğu bu ölkə ordusunun 80 zabitinin həyat yoldaşının həbsinə order verib.
Faktxəbər internet portalının məlumatına görə, Türkiyə Baş Prokurorluğu FETÖ ilə əlaqədə olmaq ittihamı ilə bu ölkənin 80 hərbçisinin həyat yoldaşının həbsinə order verib.
Məlumata görə, Türkiyə hərbçilərinin üçünün həyat yoldaşı uğursuz hərbi çevrilişdə rolu olduğuna görə, həbs olunub.
Bu həbslərlə yanaşı qeyd edək ki, uğursuz dövlət çevrilişində rolu olan bu hərbçilərin də həbsinə öncədən göstəriş verilmişdi.
Bundan öncə Ankara Prokurorluğu 105 zabitin həyat yoldaşının həbsinə order vermişdi.
Fətulla Gülən dəfələrlə Türkiyə hökumətinin ittihamlarını rədd edərək bu ittihamların araşdırılması üçün beynəlxalq komitənin təşkil olunmasını istəyib.
Rəsmi Ankara Fətulla Gülən və onun tərəfdarlarını hökumət qurumlarında nüfuz etmək, paralel hökumət yaratmaq və uğursuz iyul çevrilişini proqramlaşdırmaqda ittiham edib.