Avropada güclü soyuq onlarla insanın həyatına son qoyub
Avropada son günlərdə anomal soyuqlar onlarla insanın həlak olması ilə nəticələnib.
İRİB-in məlumatına görə, Ukrayna rəsmiləri cümə günü bildiriblər ki, son günlərdə havanın temperaturu -25 dərəcəyə enib. Nəticədə azı 40 nəfər dünyasını dəyişib.
Bəzi bölgələrində hava temperaturu -20 dərəcə olan Polşada da şaxta 10 nəfərin həyatına son qoyub.
İtaliyada da soyuq hava beşi səfil olmaqla 8 nəfərin həyatına son qoyub.
Məlumatlara görə, Avropanın müxtəlif bölgələri, o cümlədən Balkanda anomal soyuqlar nəticəsində 12 nəfər həlak olub.
Avropanın qərbində, o cümlədən Şotlandiyada xəbərdarlıq edilib.
Avropada bir çox məktəb soyuq hava şəraitinə görə fəaliyyətini dayandırıb.
Qar və şaxta hərəkətdə problem yaradıb və Avropanın müxtəlif şəhərlərində güclü tıxaclar vardır. Bu da ictimaiyyətin vətəndaşlara kömək və bu problemləri aradan qaldırmaqla bağlı hökumətin acizliyindən narazı olmasına səbəb olub.
BMT-də miqrantların məsələləri üzrə komissarlıq miqrantların donması təhlükəsi haqda xəbərdarlıq edib və Avropa dövlətlərindən onlara kömək edilməsini istəyib.
Beynəlxalq Amnistiya Təşkilatı kimi təşkilatlar qış fəslinin soyuğunda miqrantların durumuna əlavə diqqətin ayrılmasını istəyiblər.