Yan 17, 2017 18:33 Asia/Baku
  • Nigeriya müsəlmanlarının bu ölkə prezidentinə xəbərdarlığı
    Nigeriya müsəlmanlarının bu ölkə prezidentinə xəbərdarlığı

Nigeriya İslam Hərəkatının baş üzvü bu hərəkatın liderinin azad edilməsinin təxirə salınması haqda bu ölkə prezidentinə xəbərdarlıq edib.

IRIB-nin məlumatına görə, Nurəddin Musa bu ölkənin prezidenti Muhəmmədu Buhariyə xəbərdarlıq edərək, bildirib ki, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin və onun həyat yoldaşının təcili surətdə azad edilməsi bu hərəkatın qırmızı xəttidir və heç vaxt buna güzəşt etməyəcəkdir.

Nigeriya şiələrindən bir çoxu da bu ölkə məhkəməsinin Şeyx Əlzəkzakinin və onun həyat yoldaşının bu günün idarə vaxtının sonunadək azad edilməsinə dair rəsmi hökmünə əsasən, bu hökmün tez bir zamanda icra olunmasını vurğulayıb.

Nigeriya məhkəməsinin rəsmi bildirişinə görə, bu ölkə polisi Şeyx Əlzəkzakinin və onun həyat yoldaşının azad edilməsi şəraitini yaratmağa və lazım olan addımların atılmasında səhlənkarlıq etməməyə borcludur.

Nigeriya ordusu 2015-ci il dekabrın 14-də Şeyx Əlzəkzakini və onun həyat yoldaşını qanlı toqquşmalardan və Nigeriya İslam Hərəkatının üzvlərindən yüzlərlə nəfəri şəhid etdikdən sonra həbs etdi.

Teqlər