BAT AB-nin yeni anti-terror qanunlarını tənqid edib
Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Avropada yeni anti-terror qanunları müsəlmanları hədəfə alıbdır.
IRIB-nin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatının eksperti Culiya Hall dünən Brüsseldə Avropa Birliyinin yeni anti-terror qanunlarını tənqid edərək, deyib: Bu qanunlar Avropa ölkələrində məskunlaşmış didərginləri və müsəlmanları hədəfə alaraq, müsəlmanlar arasında nifrət və qəribəlik hissi, eləcə də qorxunun genişlənməsinə bais olacaq.
Culiya Hall söyləyib: Avropa dövlətləri kəskin təhlükəsizlik tədbirləri görərək, heç bir səbəb olmadan hər bir müsəlmana və ya mühacirə şəkk edirlər və bu, Beynəlxalq Amnistiya Təşkilatının ən nigaranedici cəhətlərindəndir.
Beynəlxalq Amnistiya Təşkilatının eksperti vurğulayıb: Hazırda Avropada müşahidə olunan məsələ, İslamofobik baxışdır. Bu baxışa görə, əgər siz müsəlman və ya mühacirsinizsə, onda siz təhdid sayılırsınız.
2001-ci ilin 11 sentyabrından sonra Qərb cəmiyyətlərində İslam ilə ziddiyyət və islamofobiya artıbdır və hazırda asılı medialar və qərbli rəsmilərin bəzi ifadələri onu göstərir ki, onlar bəzi ifratçı qrupların hərəkətlərini qabartmaqla İslam dinini Qərb əleyhinə bir təhdid kimi irəli sürməyə çalışırlar.