Rusiya Suriya barədə İranla yaxın əməkdaşlığa təkid edib
-
Rusiya Suriya barədə İranla yaxın əməkdaşlığa təkid edib
Rusiya prezidentinin sözçüsü Moskvanın Suriya böhranının həlli istiqamətində Tehranla yaxın həmkarlığından xəbər verib.
IRNA-nın məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dünən həmçinin vurğulayıb ki, Moskva Qazaxıstanda keçiriləcək suriyalı-suriyalı müzakirələrində amerikalı heyətlə müzakirə aparmayacaq.
Suriya sülh müzakirələri yanvarın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək. Müzakirələrin mehvəri, Suriya böhranının həlli üçün suriyalı-suriyalı müzakirələrin bərpası və bütün Suriyada atəşkəsin bərqərarına səydir.
Rusiyanın xarici işlər naziri Segey Lavrov da dünən Moskva, Tehran və Ankaranın dəstəyilə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək suriyalı-suriyalı müzakirələrdə ABŞ nümayəndə heyətinin iştirakı imkanını mümkünsüz bilməyib.