Yan 27, 2017 18:28 Asia/Baku
  • Olbrayn Ərəbistanı Yəməndə insanlığa qarşı cinayətlər törətməkdə suçlayıb
    Olbrayn Ərəbistanı Yəməndə insanlığa qarşı cinayətlər törətməkdə suçlayıb

BMT baş katibinin müavini Səudiyyə Ərəbistanının Yəmən vətəndaşlarına qarşı vəhşicəsinə cinayətlərindən söz açıb.

Əl-Aləm televiziyasının məlumatına görə, "Yəmənin mühasirəsi bu ildə aclığa səbəb olacaq". Bunu Stefan Olbrayn Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında deyib.

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əş-Şeyx Əhməd də bu iclasda Yəmən prezidenti Əbdrəbbə Mənsur Hadini sülhün bərpa olunması üzrə səylər qarşısında əngəllər yaratmaqda suçlayıb.

Səudiyyə Ərəbistanı Təhlükəsizlik Şurasının iclasında birbaşa və açıq-aşkar şəkildə yəmənli sivillərə qarşı dəhşətli cinayətlər törətməkdə və Yəməndə acınacaqlı vəziyyəti yaratmaqda suçlanıb. Bu iclasda həmçinin qırğınlar və mühasirənin davam etdiyi təqdirdə, Yəməndə aclığın yayılması təhlükəsi haqda xəbərdarlıq olunub. Halbuki hal-hazırda təxminən iki milyon yəmənli yaşamaq üçün zəruri ərzaq maddələrinə ehtiyaclıdırlar.

Olbrayn deyib: Qadınlar, kişilər, qızlar və oğlanlar aclıq və ya müalicə oluna biləcək xəstəliklər səbəbindən dünyalarını dəyişirlər. Mühasirə dərman və əsaslı məhsulların çatışmazlığına səbəb olub. Yəməndə müharibə qida təhlükəsizliyinin əsas səbəbi hesab olunur. Zəruri addımlar atılmadığı halda, 2017-ci ildə aclıq böhranı ilə üzləşəcəyik.

Olbrayn həmçinin səudiyyəli təcavüzkarlar tərəfindən Səna aeroportunun mühasirəsi və Hədidə limanının məhv edilməsinin mənfi nəticələri haqda söz açıb və xəbərdarlıq edib.

Teqlər