Astana müzakirələri Suriya böhranının həlli üçün bir müvəffəqiyyətdir
https://azeri.sahartv.ir/news/dünya-i258055-astana_müzakirələri_suriya_böhranının_həlli_üçün_bir_müvəffəqiyyətdir
BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Astana müzakirələrini Suriyada böhranın həllinə yaxınlaşmaq üzrə böyük bir uğur adlandırıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 28, 2017 08:32 Asia/Baku
  • Astana müzakirələri Suriya böhranının həlli üçün bir müvəffəqiyyətdir

BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Astana müzakirələrini Suriyada böhranın həllinə yaxınlaşmaq üzrə böyük bir uğur adlandırıb.

ISNA-nın məlumatına görə, BMT-nin Suriya məsələləri üzrə nümayəndəsi Stefan Di Mistura bu təşkilatın Suriyada atəşkəsə nəzarət üzrə üçtərəfli mexanizmi dəstəklədiyini bildirərək, Astana müzakirələrini Suriyada böhranın həllinə yaxınlaşmaq üzrə böyük bir uğur adlandırıb.

Di Mistura Cenevrə müzakirələrinin keçirilməsi sahəsində hər cür təxiri rədd edib. Rusiya Xarici İşlər Nazirliyi dünən səhər Cenevrə müzakirələrinin təxirə düşməsindən xəbər vermişdi.

Bütün Suriya boyu atəşkəs üzrə müzakirələr İran, Rusiya və Türkiyənin təşəbbüsü ilə ötən bazar ertəsi və çərşənbə axşamı günləri Qazaxıstanın Astana şəhərində keçirildi.

Suriya dövlətinin və silahlı müxalif qrupların heyətləri bu müzakirələrdə razılığa gəldilər ki, atəşkəs qeyd olunan üç ölkənin nəzarətilə bərqərar edilsin.

Astana müzakirələrindəki müzakirə tərəfləri İŞİD ilə Cibhətunnusrə-ni terror qrupları adlandırdılar.