Yəmənli ekspert: Amerikanın terrorizm barədəki mövqeyi ikilidir
-
Amerikanın terrorizm barədəki mövqeyi ikilidir
Bir yəmənli ekspert deyib ki, Amerikanın terrorizm barədəki mövqeyi ikilidir və Amerika terrorizmin himayədarı olan Ərəbistana qarşı tədbir görməlidir.
Press TV-nin məlumatına görə, siyasi şərhçi və siyasi fəal olan Hüseyn Əlbəxiti bu telekanalla müsahibədə deyib: Ərəbistan iddia edir ki, Yəmənə qarşı hücumlarında Əlqaidə ünsürlərinin mövqelərini hədəfə alır. Halbuki, Ərəbistanın özü Əlqaidə-nin himayədarıdır. Necə ola bilər, Amerika bir tərəfdən desin ki, Əlqadiə ilə vuruşan Ərəbistanı dəstəkləyir, digər tərəfdən isə özü və Ərəbistan Əlqaidə və terrorçuların himayədarlarıdırlar. Bu hava hücumlarında səudlar Əlqaidənin mövqelərinin hədəfə alınması bəhanəsilə yəmənli mülkiləri öldürürlər. Amerika prezidenti Donald Tramp Ərəbistanın terrorizmə dəstək verməsindən danışmalıdır. Onun bu barədə susması əsla yaxşı deyildir. O, vəhhabilik və səudların pulunun terrorçuların dəstəklənməsindəki rolu barədə danışmalıdır. Tramp Ərəbistana qarşı işlər görmək yerinə, qeyd olunan yeddi ölkənin mühacirləri barədə məhdudiyyətlər tətbiq edir. Belə bir halda, həmin ölkələr səudların vəhhabilik ideologiyasına görə, dağılıblar.