İngiltərə İcmalar Palatası Brexit müzakirələrinin başlanması ilə razılaşdı
Fev 02, 2017 10:41 Asia/Baku
İngiltərənin İcmalar Palatasının nümayəndələri bu ölkə baş naziri Tereza Meyə İngiltərənin Avropa Birliyindən çıxması haqda müzakirələrə başlamaq icazəsi veriblər.
BBC-nin məlumatına görə, çərşənbə günü səsvermədə 384 nümayəndə lehinə və 114 nümayəndə əleyhinə səs verib.
İngiltərənin Avropa Birliyindən çıxmasına dair layihə qanuna çevrilməzdən öncə, İngiltərənin İcmalar və Lordlar Palatalarında araşdırılacaq.
Tereza Mey Brexit prosesi və Lissabon anlaşmasının 50-ci maddəsinin işə salınması üzrə zamanı 31 marta təyin etmişdi.
Avropa Birliyindən çıxmaq prosesinin başlanğıcı olan Lissabon anlaşmasının 50-ci maddəsi bu birliyin hər bir üzvünün çıxmaq istədikdə icra etməli olduğu maddədir.