Fev 03, 2017 17:11 Asia/Baku
  • Parisdə Luvr muzeyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
    Parisdə Luvr muzeyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib

Fransa polisi Parisdə Luvr muzeyi yaxınlığında silahlı insidentdən sonra ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Lu Fiqaro qəzetinin internet portalının yazdığına görə, Fransa polisi cümə günü bildirib ki, Parisin Luvr muzeyinə girmək istəyən silahlı şəxs təhlükəsizlik qüvvələri ilə toqquşub və  nəticədə hücumçu şəxs yaralanıb. 

Təhlükəsizlik məmuru silahlı şəxsin üzərinə atəş açıb və onu yaralayıb. Fransa polisi bildirib ki, bu hücumda bir hərbçi də yaralanıb. 

Fransanın baş naziri Bernar Kazeneu deyib ki, bu hücum terror aktı olub. 

Fransanın Daxili İşlər Nazirliyi də bildirib ki, hadisədən sonra təhlükəsizlik qüvvələrinin və xilasetmə qruplarının müdaxiləsinə üstünlük verilir. 

Fransanın təhlükəsizlik qüvvələri Luvr muzeyinin ətraf ərazilərini, o cümlədən metro stansiyalarını nəzarətə alıblar. 

Terror aktının Parisdə baş verdiyi halda, Almaniya paytaxtı Berlində də təhlükəsizlik tədbirləri gücləndirilib. 

Teqlər