AB Trampdan nigarandır
Avropa Birliyinə üzv 28 ölkənin başçıları dünən Malta iclasında Amerikanın qalmaqallı prezidenti Donald Trampın siyasətləri barədə nigarançılıq ifadə ediblər.
Frans-Press-in məlumatına görə, avropalı rəsmilər bu iclasda dünyanın naməlum gələcəyilə üzləşmək üzrə həmkarlıq vacibliyini vurğulayıblar.
Bu iclasda avropalı liderlər liviyalı mühacirlərin Aralıq dənizində qayıqdan istifadə edərək etdikləri təhlükəli mühacirətin qarşısını almaq üçün bu ölkənin sahil qvardiyasına yardım barədə öz birliklərini elan ediblər.
Fransa prezidenti Fransua Olland Trampın İngiltərənin Avropa Birliyindən çıxmasını himayə üzrə sözlərini qəbuledilməz adlandırıb. Olland vurğulayıb ki, Tramp Avropa Birliyinin işlərinə qarışmamalıdır.
Maltanın baş naziri Jozef Muskat da ABŞ prezidentinin qərarları barədə nigarançılıq edib.
Trampın son hərəkət və fərmanları, o sıradan mühacirləin Amerikaya daxil olmalarının qadağan edilməsi və ABŞ-Meksiya sərhədində divarın çəkilməsi dünya səviyyəsində reaksiya və etirazlara səbəb olub və bir çox ölkə Trampın qərarlarını beynəlxalq qanunlara zidd və rasistcəsiniə qərarlar adlandırıb.