Tanınmış amerikalı jurnalist müsəlmanlardan üzr istədi
https://azeri.sahartv.ir/news/dünya-i258907-tanınmış_amerikalı_jurnalist_müsəlmanlardan_üzr_istədi
Tanınmış amerikalı jurnalist və yazar bütün müsəlmanlardan üzr istəyib və deyib: Amerikalılar radikallıq qarşısında dayanmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2017 08:01 Asia/Baku
  • Tanınmış amerikalı jurnalist müsəlmanlardan üzr istədi
    Tanınmış amerikalı jurnalist müsəlmanlardan üzr istədi

Tanınmış amerikalı jurnalist və yazar bütün müsəlmanlardan üzr istəyib və deyib: Amerikalılar radikallıq qarşısında dayanmalıdırlar.

Xəbər televiziyasının məlumatına görə, Amerikanın tanınmış jurnalisti və yazarı və Pulitser mükafatının laureatı Nikolas Kristof ABŞ prezidentinin miqrant fərmanına toxunaraq deyib: Düşünmədən və daşürəkliliklə müsəlmanların Amerikaya girişinə qadağa amerikalıların təhqir olunmasına səbəb olub. 

Kristof Amerika prezidenti Donald Trampın bu ölkənin nümayəndəsi olmadığını bəyan edərək deyib: Bütün amerikalılar radikallığı pisləməli və ksenofobiyanı kənara qoymalıdırlar. 

Pulitser mükafatının laureatı əlavə edib: Müsəlmanlar və başqaları arasında həqiqi boşluq yoxdur, əslində bütün dinlərin mötədilləri ilə radikalları arasında həqiqi boşluq vardır.