Fev 06, 2017 13:03 Asia/Baku
  • Pakistanda Kəşmir əhalisi ilə həmrəylik yürüşü
    Pakistanda Kəşmir əhalisi ilə həmrəylik yürüşü

5 fevral, Hindistanın nəzarəti altında olan Kəşmir əhalisi ilə milli həmrəylik günü münasibəti ilə bu gün Pakistanda Kəşmir əhalisinə dəstək məqsədi ilə geniş xalq yürüşləri təşkil edilib.

Pakistan əhalisi bu gün paytaxt İslamabad daxil olmaqla ölkənin müxtəlif şəhərlərində yürüşlər təşkil edərək, Hindistanın nəzarəti altında olan Kəşmir əhalisi ilə öz həmrəyliyini nümayiş etdirib. Bu barədə İRNA məlumat verib. 

Hər il Kəşmir əhalisi ilə milli həmrəylik günü münasibəti ilə Pakistanda Kəşmir əhalisinə dəstək aksiyaları təşkil edilir. 

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif bu münasibətlə dünya ictimaiyyətindən istəyib ki, Hindistanın nəzarəti altında olan Kəşmirdə insan haqlarının pozulması halları barədə dəqiq və hərtərəfli araşdırmalar aparılsın. Nəvaz Şərif həmçinin BMT Təhlükəsizlik Şurasının Kəşmir məsələsi ilə bağlı qətnamələrinin icra edilməsini istəyib. 

BMT Təhlükəsizlik Şurasının 1948-ci ildə qəbul etdiyi qətnaməsinə əsasən Kəşmir əhalisi öz taleyini təyin etmək haqqına malikdir və Kəşmirin taleyi barədə bu məntəqə sakinləri qərar qəbul etməlidir. 

Teqlər