Səudiyyə Ərəbistanının Vəliəhdi ABŞ tərəfindən təltif edilib
-
Səudiyyə Ərəbistanının Vəliəhdi ABŞ tərəfindən təltif edilib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Səudiyyə Ərəbistanının vəliəhdini "terrorizm ilə mübarizəsi üçün" təltif edib.
İRİB-in verdiyi məlumata görə, Məhəmməd Bin Nayif Bin Əbdüləziz dünən Ər-Riyadda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Corc Tenet ordeni ilə təltif edilməsi mərasimində iddia edib ki, Səudiyyə Ərəbistanı hər bir yerdə ifratçılıq və terrorizm ilə mübarizə aparır.
Vaşinqton və Ər-Riyad rəsmilərinin terrorizm ilə mübarizə adlandırdıqları fəaliyyətlərə təkidləri elə bir şəraitdədir ki, son 22 ay ərzində Yəmən xalqı Ali-Səud rejimi tərəfindən ABŞ-ın dəstəyi ilə vəhşicəsinə hücumlara məruq qalır.
Bu hücumlarda qadın və uşaqların çoxluq təşkil etdiyi 11 min yəmənli mülki ölüb, milyonlarla insan didərgin düşüb.
ABŞ və Səudiyyə Ərəbistanı Orta Şərqdə terrorizmin ən əsas himaydarları olaraq İraq və Suriyada xalqın qırğın edilməsi və bu ölkələrdə stabilliyin pozulmasında böyük rola malikdirlər.