İngiltərə Ərəbistana 5 milyard dollar dəyərində silah satıb
Ərəbistanın Yəmənə qarşı təcavüzlərə başladığı zamandan İngiltərə Ali-Səud rejiminə 5 milyard dollar dəyərində silah satıb.
PressTV-nin verdiyi məlumata görə, ən son məlumatlardan aydın olur ki, İngiltərənin xarici işlər naziri Boris Conson Ərəbistanın ötən oktyabr ayında Yəməndə bir yas mərasiminə hücum etməsi hadisəsindən bəri ölkəsinin Ərəbistana silah satışını davam etdirməsi istəyi ilə çıxış edib. Boris Conson İngiltərənin beynəlxalq ticarət naziri Lyam Foksa məktub göndərərək, ondan Ərəbistana silah satışını davam etdirməsini istəyib. İngiltərə medialarının yaydıqları məlumatlara görə, Consonun bu istəyi Ərəbistan qırıcılarının Yəməndə bir yas mərasimini bombardman etməsi nəticəsində 140 nəfər həyatını itirməsinin ardınca irəli sürülüb. Bu hadisə beynəlxalq müşahidəçilərin ciddi etirazına səbəb olmuşdu. Beynəlxalq dairələr bu hadisənin ardınca İngiltərədən Ərəbistana silah satışını durdurmasını istəmişdilər.