Türkiyə prezidenti Ərəbistanda səfərdədir
https://azeri.sahartv.ir/news/dünya-i259752-türkiyə_prezidenti_Ərəbistanda_səfərdədir
Rəcəb Təyyib Ərdoğan Türkiyə - Ərəbistan əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə bazar ertəsi günü bu ölkəyə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2017 07:44 Asia/Baku
  • Türkiyə prezidenti Ərəbistanda səfərdədir
    Türkiyə prezidenti Ərəbistanda səfərdədir

Rəcəb Təyyib Ərdoğan Türkiyə - Ərəbistan əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə bazar ertəsi günü bu ölkəyə səfər edib.

Fransa xəbər agentliyinin Ər-Riyaddan verdiyi məlumata görə, Ərdoğan Ərəbistana səfəri zamanı bu ölkənin yüksək çinli rəsmiləri ilə görüşüb, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə edəcək. Bu görüşlərdə region hadisələri o cümlədən Suriya böhranı da araşdırılacaq. 

Türkiyə və Ərəbistan ötən il ərzində davamlı olaraq bir-birinə yaxınlaşıblar. Hər iki ölkə Suriyada hökumət ilə müxalif olan cərəyanı dəstəkləyir. 

Salman Bin Əbdüləziz Ərəbistan kralı olduqdan sonra Ər-Riyad və Ankara əlaqələrin yaxşılaşdırılması istiqamətində addım atmağa başlayıblar. Türkiyə - Ərəbistan əlaqələri daha çox Misirdə Məhəmməd Mursiyə qarşı dövlət çevrilişinin ardınca korlanmışdı. 

Ərdoğan bazar günündən etibarən Fars Körfəzi ətrafında yerləşən Ərəb ölkələrinə turneyə çıxıb və ilk olaraq Bəhreynə səfər edərək, bu ölkə kralı və digər rəsmiləri ilə görüşüb, danışıqlar aparıb. 

Ərdoğan turnesinin davamında çərşənbə axşamı Ər-Riyadı Qətər istiqamətində tərk edəcək. Türkiyə uzun illərdir ki, Qətər ilə möhkəm əlaqələrə malikdir. Türkiyə həmçinin, Qətərdə bir hərbi bazaya malikdir.