Parisin ətrafında 245 nəfər saxlanılıb
Parisin ətrafında Fransa polisinin sərtliyinə etirazlar başlandığı zamandan indiyə qədər bu ölkədə 245 nəfər saxlanılıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Fransa daxili işlər naziri Bruno Le Rouxa yaxın rəsmilərdən biri bildirib: Saxlanılanlar bu ölkə polisinin sərtliyinə qarşı son etirazlarda iştirak ediblər.
Bu etirazlar Fransanın dörd polis əməkdaşının 22 yaşlı qaradərili oğlana qarşı sərtlik nümayiş etdirməsindən sonra başlanıb.
Bu polis əməkdaşlarından biri 5 fevralda bu qaradərili gəncə cinsi zorakılıq, üçü isə onunla sərt davranışda suçlanıb.
Qarşıdurmalar o həddə olub ki, çərşənbə axşamı günü Fransua Ollanda ikinci dəfə olaraq Parisin şimal ətrafında iğtişaşlara son qoyulmasını istəyib.
Bu günlər etirazlar Fransanın müxtəlif şəhərlərində ictimai obyektlərin dağıdılması və avtomobillərin yandırılması ilə davam etməkdədir. və irqi ayrı-seçkilik siyasətləri əleyhinə simvol və bu ölkə vətəndaşlarının nifrətinin partlayışına çevrilmişdir.
Ötən həftə Bobini və Sen Doni məhkəməsi qarşısında təxminən 2 min nəfər toplaşıb və ədalətin icra olunmasını tələb edib.
Fransanın ədliyyə rəsmilərinin dediyinə görə, bu 4 polis həbs olunub və onlardan üçü polis idarəsində fəaliyyətlərini davam etdirməkdən məhrum olunublar.