Avropa ABŞ hökumətinin siyasətləri barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i259998-avropa_abŞ_hökumətinin_siyasətləri_barədə_xəbərdarlıq_etdi
Avropa Birliyinin maliyyə məsələləri üzrə məsul şəxsi Donald Trampın ticarət sahəsində yürütdüyü siyasətlərin nigaranlıq doğurduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2017 13:18 Asia/Baku
  • Avropa ABŞ hökumətinin siyasətləri barədə xəbərdarlıq etdi

Avropa Birliyinin maliyyə məsələləri üzrə məsul şəxsi Donald Trampın ticarət sahəsində yürütdüyü siyasətlərin nigaranlıq doğurduğunu bildirib.

APTN-nin verdiyi məlumata görə, AB-nin maliyyə məsələləri üzrə məsul şəxsi Pyer Moskuiksi xəbərdarlıq edərək, deyib: ötən yarım əsrdə əldə edilmiş uğurlar Amerikada Trampın hakimiyyətə gəlməsi ilə böyük təhlükəi ilə üzləşmiş olub. 

Pyer Moskuiksi əlavə edib: ABŞ prezidenti ölkəsini bütün ölkələrdən önə çıxartmaq və birinci ölkəyə çevirmək istəyir. Bu isə Avropa Birliyinin sadəcə rifahını deyil, sülh və təhlükəsizliyini də təhdid edir. 

AB-nin maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi həmçinin deyib: Hələ ki, Donald Trampın nə kimi bir siyasət yürüdəcəyi barədə ətraflı məlumatım olmasa da, onun öncəkindən daha artıq millətçi olacağından əminəm.