Fev 16, 2017 17:22 Asia/Baku
  • Çin Amerikaya xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çin dənizində hərbi patrul həyata keçirməsi barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Pekində jurnalistlər qarşısında verdiyi açıqlamada Amerikadan istəyib ki, Cənibi Çin Dənizində hərbi fəaliyyətləri ilə Çinin təhlükəsizliyinə problem yaratmasın. 

Qinq Şuanq deyib: Asiyanın cənub-şərq ölkələrinin əməkdaşlığı ilə regionda böhranları nəzarət altında saxlamağı bacaran Çin regiondan kənar qüdrətlərin o cümlədən Amerikanın bu ölkəyə hörmətlə yanaşmasını istəyir. 

ABŞ ordusunin hərbi dəniz donanmasının Asiya və Sakit Okean üzrə qərargahı bildirib ki, bu ölkə Çin dənizində hərbi patrul dəstələri yaratmaq niyyətindədir. 

Cənubi Çin Dənizi dünyanın ən mühüm su yollarından biri sayılır. Və deyilənlərə görə, təbii sərvətlər baxımından da son dərəcə zəngindir. Hər il bu su yolundan istifadə edərək, 5 trilyon dollar dəyərində məhsul tranzit edilir. 

ABŞ rəsmiləri son günlər Çinin bu su hövzəsindəki aktiv iştirakına və süni adalar yaratmasına reaksiya olaraq, Çinin bu adalara yaxınlaşmasına icazə verməyəcəklərini bildiriblər. 

Cənubi Çin Dənizində təqribən 250 ada var və onların ümumi sahəsi 15 kvadrat kilometrdir. Bu adalarda yaşayış yoxdur. Çin ilə yanaşı, Vyetnam, Flippin, Malayziya və Bruney də bu adalarla bağlı mülkiyyət iddiasına malikdirlər. 

Teqlər