Türkiyə xarici işlər nazirinin İran barədə diplomatik etikadan uzaq sözləri
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Türkiyə xarici işlər nazirinin Münhendə söylədiyi sözləri qeyri-konstruktiv bilirik.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransındakı çıxışında belə iddia edib: İranın tayfaçılıq siyasəti təəssüflə, Bəhreyn, Ərəbistan və digər Fars Körfəzi ölkələri kimi bir çox region ölkələrində səbatsızlığa səbəb olubdur. İran İraq və Suriyanı iki digər şiə ölkəsinə çevirmək istəyir və bu, real bir təhlükədir və biz İranı bu tamahkarlıqdan əl çəkməyə məcbur etməliyik.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Türkiyə xarici işlər nazirinin Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışdakı sözlərinə reaksiyada deyib: İmperatorluğa qayıdış xülyasında olan, eləcə də qanunsuz və müdaxilə mahiyyətli hərəkətlərə əl atıb, terror qruplarını dəstəkləyərək, regionda səbatsızlıq və gərginliyin artması və qan axıdılmasına səbəb olan kəslər günahı başqasının boynuna yıxaraq, bu cür hərəkətlərin məsuliyyəti altından qaça bilməzlər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran İslam Respublikasının regional siyasəti, daim bütün ölkələr və qonşuların stabillik və təhlükəsizliklərinin qorunmasına söykənibdir.