Fev 20, 2017 15:10 Asia/Baku
  • "Trampa "yox!"

İngilis müxaliflər bu ölkə parlamentinin binalarından biri üzərində "Trampa "yox!" deyin!" şüarını əks etdirməklə ABŞ prezidentinin İngiltərəyə səfərinə qarşı öz etirazlarını bildiriblər.

IRIB-nin məlumatına görə, Amerika prezidenti Donald Trampın İngiltərəyə rəsmi səfəri ilə müxalif olanlar bu ölkə parlamentinin binalarından biri üzərində "Trampa "yox!" deyin!" şüarını əks etdirərək, özlərinin parlamentdəki nümayəndələrindən istəyiblər ki, bu səfərə qarşı çıxsınlar.

Bu etiraz hərəkəti "Trampı dayandırın!" adlı koalisiyanın bir hissəsi olan və sosial ədalət sahəsində fəaliyyət göstərən Beynəlxalq Ədalət adlı qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunubmuş.

Beynəlxalq Ədalət adlı qeyri-hökumət təşkilatının sədri deyib: Trampın İngiltərəyə səfərinə icazənin verilməsi təəccüb doğurur.

Bundan öncə minlərlə nəfər uzun bir internet məktubuna imza toplayaraq, Amerika prezidenti Donald Trampın İngiltərəyə rəsmi səfərinin ləğv olunmasını istəmişdi.

Teqlər