İtalyan taksi sürücüləri polislə toqquşublar
https://azeri.sahartv.ir/news/dünya-i260514-İtalyan_taksi_sürücüləri_polislə_toqquşublar
İtalyada taksi sürücüləri altıncı gün dalbadal bu ölkə boyunca, xüsusən Roma və Milan şəhərlərində öz tətillərini davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2017 11:34 Asia/Baku
  • İtalyan taksi sürücüləri polislə toqquşublar
    İtalyan taksi sürücüləri polislə toqquşublar

İtalyada taksi sürücüləri altıncı gün dalbadal bu ölkə boyunca, xüsusən Roma və Milan şəhərlərində öz tətillərini davam etdirirlər.

İtaliyanın Ray Nyus telekanalının məlumatına görə, çoxlu sayda taksi sürücüsü özünü müxtəlif məntəqələrdən İtaliyanın paytaxtı Romaya çatdırıb və bu məsələ onlarla polis arasında qarşıdurmlara səbəb olub. Taksi sürücüləri mobil telefonlara məxsus proqramlar vasitəsilə fəaliyyət göstərən Ober taksilərinə etiraz edərək, Romada İtaliya Demokrat Partiyasının qərargahı qarşısında aksiya keçiriblər.

Qeyd edək ki, Ober bir növ xidmətdir ki, "IP" avtomatik surətdə müsafirləri ən yaxın sürücü ilə əlaqələndirir və müsafirlərin mövqelərini sürücüyə göndərir. Ober sürücüləri öz şəxsi avtomibillərindən istifadə edirlər.