Mart 07, 2017 17:32 Asia/Baku
  • Hüquq müdafiə qrumları Trampın anti-miqrant fərmanını qınayıblar
    Hüquq müdafiə qrumları Trampın anti-miqrant fərmanını qınayıblar

İnsan Haqları Gözətçiləri Təşkilatı və Beynəlxalq Amnistiya Təşkilatı Amerika prezidentinin 6 müsəlman ölkənini vətəndaşlarının ABŞ-a səfərini qadağan edən fərmanını qınayıblar.

İRNA-nın verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Səlil Şəti Donald Trampın dəyişiklik edilmiş ikinci anti-miqrant fərmanını tənqid edərək ABŞ prezidentinin anti-islam cəhdləri qarşısında müqavimət göstərilməsini istəyib. 

Beynəlxalq Amnistiya Təşkilatının baş katibi Trampın növbəti fərmanının qeyri-konstruktiv və yanlış olduğunu bildirərək bütün mərhələlərində ona qarşı müqavimətə çağırıb. O deyib: Həyata keçiriləcək tədbirlərin Amerikanın milli mənafeyini təmin edəcəyinə dair fikirlər əsaslı deyil. 

Amerikanın İnsan haqları gözətçiləri təşkilatındakı yüksək səviyyəli araşdırmaçısı Qris Menq də deyib: Terrorizm ilə mübarizə adı altında verilən Trampın yeni fərmanına görə, didərginlər bəla qalxanı olacaq və bu fərman müsəlmanların Amerikada xoş qarşılanmadığı mesajını vermiş olacaq. 

Teqlər