Mart 08, 2017 10:07 Asia/Baku
  • Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış və atışma
    Kabildə ABŞ səfirliyi yaxınlığında partlayış və atışma

İnformasiya mənbələri ABŞ-ın Əfqanıstandakı səfirliyinə yaxın ərazidə partlayış və silah səslərinin eşidilməsindən xəbər veriblər.

PressTV-nin verdiyi məlumata görə, çərşənbə günü səhər Kabildə yerləşən bir hərbi qospitalda partlayış baş verib. Bu qospital ABŞ səfirliyinin yaxınlığında yerləşir. 

Partlayışın ardınca hadisə yerinin ətrafında silah səsləri eşidilib. 

Hələki, baş verən partlayışın və silahlı toqquşmanın insan tələfatı barədə məlumat verilmir. 

Ötən həftə də Kabildə Əfqanıstanın Ali Məhkəməsinin binası yaxınlığında partlayış törədilmişdi. Bu hadisədə 25 nəfər həyatını itirmişdi. 

Kabil davamlı olaraq dövlət qüvvələri ilə Taliban yaraqlıları arasında silahlı toqquşmaların və terror hücumlarının şahidi olur. 

Teqlər