Mart 14, 2017 09:29 Asia/Baku
  • Merkelin Ərdoğana cavabı
    Merkelin Ərdoğana cavabı

Almaniya kansleri Türkiyə prezidentinin terrorçuları himayə barədə ona vurduğu ittihamları boş və əsassız adlandırıb.

Frans-Press-in məlumatına görə, Almaniya kanslerinin sözçüsü Steffen Saybert(Steffen Seibert) dünən bildirib ki, Angela Merkelin fitnəkar oyunlarda oynamaq fikri yoxdur.

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan bazar ertəsi günü Almaniya kansleri Angela Merkeli terroçuları himayədə, onları bu ölkədə gizlətməkdə və terrorizmlə mübarizədə ehmal göstərməkdə ittiham edib.

Son günlərdə Almaniyanın bir neçə şəhərinin başçıları Türkyədə hakimiyyətdə olan partiyanın başçılarının seçki yığıncaqlarını ləğv edərək, bununla Ankaranı hiddətləndiriblər. Ərdoğan bu yığıncaqların ləğv olunmasını nasist Almaniyasının hərəkətlərinə bənzədibdir.

Teqlər