ABŞ prezidenti Tramp qülləsindən gizli dinləmə barədə yeni iddia irəli sürüb
https://azeri.sahartv.ir/news/dünya-i262660-abŞ_prezidenti_tramp_qülləsindən_gizli_dinləmə_barədə_yeni_iddia_irəli_sürüb
ABŞ prezidenti keçmiş hökumət tərəfində dinlənildiyi barədəki iddia xüsusunda sükutuna son qoyaraq təkrar iddia edib ki, dinləmə fərqli şeyləri əhatə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2017 10:34 Asia/Baku
  • ABŞ prezidenti Tramp qülləsindən gizli dinləmə barədə yeni iddia irəli sürüb
    ABŞ prezidenti Tramp qülləsindən gizli dinləmə barədə yeni iddia irəli sürüb

ABŞ prezidenti keçmiş hökumət tərəfində dinlənildiyi barədəki iddia xüsusunda sükutuna son qoyaraq təkrar iddia edib ki, dinləmə fərqli şeyləri əhatə edir.

CNN-nin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp eks prezident Barak Obamanı 2016-cı il seçki rəqabətləri dövründə Tramp qülləsini dinləməkdə ittihamlandırdıqdan 11 gün sonra deyib: Dinləmə müxtəlif cəhətləri əhatə edir və həmin cəhətlər yaxın zamanlarda aşkar ediləcək. 

Donald Tramp FoxNews-a verdiyi müsahibədə heç bir dəlil-sübut təqdim etmədən belə bir iddiaların irəli sürülməsinin səbəbi barədə verilən suala cavabda deyib: Dinləmə fərqli şeyləri əhatə edir və gələn iki həftə ərzinidə maraqlı məsələlər ifşa ediləcək. 

ABŞ-ın nümayəndələr palatasının kəşfiyyat komitəsinin respublikası rəhbəri dünən mətbuata verdiyi müsahibəsində demişdir ki, seçkilərdən önvə Tramp qülləsində telefon danışıqlarının dinlənilməsinə dəlalət edən heç bir fakt yoxdur. 

Donald Tramp iddia etmişdi ki, Barak Obama 2016-cı il seçki rəqabətləri dövründə Tramp qülləsində Donald Trampın seçki qərargahında telefon danışıqlarının dinlənilməsi əmrini veribmiş. Tramp ABŞ konqresindən bu ittihamı araşdırmasını istəyib.