Almaniyada yaşayan kürdlər Türkiyə hökuməti əleyhinə aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i262950-almaniyada_yaşayan_kürdlər_türkiyə_hökuməti_əleyhinə_aksiya_keçirib
Almaniyada yaşayan minlərlə kürd Frankfurt şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və aprel referendumu əleyhinə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2017 08:42 Asia/Baku
  • Almaniyada yaşayan kürdlər Türkiyə hökuməti əleyhinə aksiya keçirib
    Almaniyada yaşayan kürdlər Türkiyə hökuməti əleyhinə aksiya keçirib

Almaniyada yaşayan minlərlə kürd Frankfurt şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və aprel referendumu əleyhinə aksiya keçirib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, PKK-nın məhbus başçısı Abdulla Öcalanın şəkilləri ilə bayraqlar daşıyan Türkiyə kürdlərinin tərəfdarları şüarlarında Ərdoğanı terrorçu adlandırıb və Öcalanın azad olunmasını istəyiblər. 

Ankara və Berlin arasında əlaqələr Türkiyədə türk əsilli alman jurnalistin həbs olunması və türk nazirlərin Almaniyada referenduma dəstək toplantılarında iştirakına icazə verilməməsi ilə Ərdoğanın bu hərəkəti faşist hərəkəti adlandırması ilə gərginləşib.