Parisdəki silahlının kimliyi elan olunub
Mart 19, 2017 13:03 Asia/Baku
Fransanın bir qəzeti polis əməkdaşları tərəfindən atəş açanın həlak olması ilə nəticələnən Parisin Orli aeroportunda silahlı insidentə toxunub: Atəş açan şəxs fransızdır və ata və anası da həbs olunub.
Lö Fiqaro qəzetinin məlumatına görə, Ziyad Bin Bilqasim şənbə günü səhər ilk öncə Parisdə bir polisi yaralayıb və sonra Orli aeroportudna silahlı akt törətməyə cəhd edərkən polis tərəfində öldürülüb.
Ötən gün bu hadisədən sonra Orli aeroportunun təxminən 3 min sərnişini təxliyə olunub və bu aeroporta bitişən yollarda ağır tıxac yaranıb.
Ötən bir neçə gündə Fransa Parisdə Dünya Valyuta Təşkilatının qərargahında bir poçt bağlamasının partlaması və bu ölkə məktəblərindən birində silahlı insidentin şahidi olmuşdur.