Bir qarşıdurmada 2 Türkiyə hərbçisi və 3 PKK üzvü öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i263022-bir_qarşıdurmada_2_türkiyə_hərbçisi_və_3_pkk_üzvü_öldürülüb
Türkiyədə hərbi bir mənbə bir qarşıdurmada 2 Türkiyə hərbçisi və 3 PKK üzvünün öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2017 08:05 Asia/Baku
  • Bir qarşıdurmada 2 Türkiyə hərbçisi və 3 PKK üzvü öldürülüb
    Bir qarşıdurmada 2 Türkiyə hərbçisi və 3 PKK üzvü öldürülüb

Türkiyədə hərbi bir mənbə bir qarşıdurmada 2 Türkiyə hərbçisi və 3 PKK üzvünün öldürülməsindən xəbər verib.

Sputnik xəbər agentliyinin məlumatına görə, Türkiyədəki hərbi mənbə dünən bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri və PKK üzvləri Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətinin Liç məntəqəsində toqquşublar. Nəticədə 2 Türkiyə hərbçisi və 3 PKK üzvü öldürülüb.

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir vilayətinin Liç məntəqəsində, eləcə də bu ölkənin şərqində yerləşən Binqul vilayətinin Gənç məntəqəsində geniş hərbi əməliyyata başlayıblar.

Binqul vilayətinin başçıları PKK-çılara qarşı hərbi əməliyyat səbəbindən dünən səhər bu məntəqədə  komendant saatı bərqərar ediblər.

Bununla bağlı, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən altı ayda PKK-nın mövqelərinə qarşı on bir mindən çox əməliyyatın keçirilməsindən xəbər verib.