İngiltərədə 7 nəfər terror hərəkətlərində şübhəli kimi həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i263346-İngiltərədə_7_nəfər_terror_hərəkətlərində_şübhəli_kimi_həbs_olunub
İngiltərə polisi London terror hücumu ilə bağlı şübhəli bilinən yeddi nəfəri həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2017 10:27 Asia/Baku
  • İngiltərədə 7 nəfər terror hərəkətlərində şübhəli kimi həbs olunub
    İngiltərədə 7 nəfər terror hərəkətlərində şübhəli kimi həbs olunub

İngiltərə polisi London terror hücumu ilə bağlı şübhəli bilinən yeddi nəfəri həbs edib.

Frans-Press-in məlumatına görə, İngiltərə polisi bu gün bildirib ki, bu ölkədə terror hücumundan sonra polis məmurları Birmenhem və Londonda yeddi şübhəlini həbs ediblər.

İngiltərə polisi əlavə edib: Terrorizmlə mübarizə komitələri Londondakı parlament binası ətrafında axtarış əməliyyatını davam etdirirlər.

Dünən gecə Londonda parlament binasının yaxınlığında bir minik avtomobilinin piyadaları vurması, həmçinin bıçaqla hücum nəticəsində beş nəfər öldü, təqribən qırx nəfər də yaralandı.

Bu terror hücumu beynəlxalq səviyyədə pislənibdir.