Mart 27, 2017 19:09 Asia/Baku
  • 
Cənubi Koreyanın
    Cənubi Koreyanın "Hyunday" şirkəti Çindəki zavodlarından birinin fəaliyyətini dayandırdı

Cənubi Koreyanın "Hyunday" şirkəti bildirib ki, Çindəki zavodlarından birinin fəaliyyətini bir həftə müddətinə dayandırıb.

Röyters-in verdiyi məlumata görə, kosmetik vasitələrdən tutmuş xırda biznesə kimi Çində bir sıra iqtisadi fəaliyyətə malik olan Cənubi Koreya şirkətləri bildirirlər ki, Pekinin ABŞ-ın TADD raket sisteminin Cənubi Koreyada yerləşdirilməsi ilə müxalifət etməsinə görə cəzalandırılırlar.

Çin TADD sisteminin tərkibində yer alan güclü lokatorların özünə qarşı təhdidə çevriləcəyindən nigarandır.

Hyunday şirkətinin Çindəki zavodlarından birinin fəaliyyətini dayandırması ilə bağlı qərarını açıqlamasının ardınca, bu şirkətin səhmləri bazar ertəsi günü təqribən 3% dəyər itirib. Günün sonunda isə bu vəziyyət bir qədər düzəlib və Hyunday şirkəti günü 1.2%-lik zərər ilə bağlayıb.

Hyunday şirkətinin törəmələri olan KİA Motors və Hyunday Mobis şirkətlərinin səhmləri də bu gün dəyər itirib.

Hyunday şirkəti Çinin Xibi əyalətindəki zavodunun fəaliyyətini 24 mart tarixindən aprelin əvvəlinə kimi dayandırdığını bildirib. Səbəb olaraq isə, istehsal xəttinə düzəlişin edilməsi və texniki islahatların aparılması göstərilib.

Hyunday şirkəti Çində 3 avtomobil istehsalı zavoduna da malikdir və bu şirkətin ümumi satışının dörddə birini təşkil edir.

Ekspert rəyinə əsasən  bu zavodun fəaliyyətinin dayandırılmasında məqsəd anbarların boşaldılması ola bilər. Çünki, Çin və Cənubi Koreya arasındakı siyasi gərginliyə görə, bu şirkətin satışları xeyli azalıb.

Teqlər