ABŞ etiraf etdi: Nüvə anlaşmasından sonra İranın imkanları genişlənib
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi deyib: Nüvə anlaşması İranın güclənməsinə və bu ölkəyə qarşı sanksiyaların yenidən tətbiqinin çətinləşməsinə səbəb olub.
İRNA-nın məlumatına görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nİki Hili bazar ertəsi günü Amerika-İsrail İctimai Əlaqələr Komitəsi AİPAC-ın illik iclasında çıxışı zamanı İran İslam Respublikasının beynəlxalq sanksiyalardan ləğv edilməsindəki böyük uğuruna işarə edərək, deyib: Bir ölkəyə qarşı sanksiya tətbiq etmək olar. Amma, bu sanksiyaların ləğv edilməsindən sonra, yenidən həmin sanksiyalrın bərpa edilməsi heç də asan bir iş deyil.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi əlavə edib: İran ilə anlaşma sadəcə İran və Rusiyanın güclənməsinə səbəb oldu. Və İran istədiyi hər bir şeyi əldə edə biləcəyi barədə arxayınlıq əldə etmiş oldu.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi həmçinin, BMT-də mövcud olan anti-İsrail atmosferi tənqid edib və deyib: Təhlükəsizlik Şurasında İsrail əleyhinə "qəsəbə salma" qətnaməsi kimi daha bir qətnamənin qəbul edilməsinə icazə vermək olmaz.
BMT TŞ ötən il İsrailin Fələstin ərazilərində qanunsuz olaraq yaşayış massivləri əleyhinə bir qətnamə qəbul etdi və Amerika bu qətnaməni veto etmədi.
AİPAC-ın illik iclası İsrail rejimi ilə ABŞ dövləti və Konqress arasındakı əlaqələri möhkəmləndirmək məqsədi ilə Vaşinqtonda işə başlayıb.