Kanada senatı komitəsində İrana qarşı sanksiya layihəsi qəbul olunub
Kanada senatının xarici əlaqələr və beynəlxalq ticarət komitəsi İrana qarşı sanksiya layihəsini qəbul edib.
Fars xəbər agentliyinin məlumatına görə, "İrana qarşı qeyri-nüvə sanksiyaları" adlı layihəni kanadalı senator Devid Taçuk ilk dəfə olaraq 2015-ci ilin dekabrında təqdim edib. Bu layihə Kanada xarici işlər nazirliyinin qarşısına, "İranın terrorizmi himayəsi və insan haqlarının pozulması" adlandırılan məsələ barədə illik hesabat yaymaq tapşırığını qoyur.
Kanada senatının layihəsi həmçinin bu ölkə dövlətinə anti-İran sanksiyaları ləğv etməyi qadağan edir və bildirir ki, bunun əksi, iki ardıcıl hesabatdakı müddəaların İranda insan haqlarında başlıca irəliləyişlərə dəlalət edəcəyi halda mümkün ola bilər.
Bu layihə senatda təsdiq olunacağı halda, qanuna çevrilmək üçün Kanada parlamentinin icmalar palatasında da səsə qoyulmalıdır.