Apr 07, 2017 09:13 Asia/Baku
  • Trampın göstərişi ilə Suriyaya raket hücumu
    Trampın göstərişi ilə Suriyaya raket hücumu

ABŞ prezidenti Suriyanın İdlib vilayətində kimyəvi hücumların əvəzini çıxmaq bəhanəsi ilə bu ölkəyə raket hücumuna fərman verib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının Suriyada kimyəvi hücum haqda nəticə əldə edə bilməməsindən bir neçə saat sonra ABŞ prezidenti Donald Tramp Suriyanın İdlib vilayətində hərbi bazaya raket hücumuna fərman verib. 

İNdiyə qədər ABŞ ordusu onlarla Kruz raketini Suriyanın əl-Şəirat hava bazasına atıb. 

Suriyanın müdafiəsiz vətəndaşlarının terrorçuların kimyəvi hücumuna dəfələrlə məruz qalmasına baxmayaraq, ABŞ prezidentinin qənaətincə, Suriyada kimyəvi hücumlar bu ölkə prezidentinin göstərişi ilə olmuşdur. 

Suriya hökuməti 2014-cü ildən öz kimyəvi silah cəbbəxanalarını BMT və Kimyəvi Silahların Qadağası Təşkilatına təhvil vermiş və ondan sonra BMT-yə 90 məktub ünvanlayaraq terrorçuların kimyəvi silah və maddələrdən Suriyanın məzlum vətəndaşlarına qarşı istifadə etmələri haqda dəqiq məlumatlar təqdim etmişdir. 

Ötən çərşənbə axşamı Suriyanın İdlib vilayətinin cənubunda Xan Şeyxun bölgəsinə kimyəvi hücumda 100-dən çox şəxs ölüb, təxminən 400 nəfər də yaralanıb. 

Teqlər