Apr 09, 2017 11:52 Asia/Baku
  • Rusiya beynəlxalq təhlükəsizliyi xətərə saldığına görə, ABŞ-ı tənqid edib
    Rusiya beynəlxalq təhlükəsizliyi xətərə saldığına görə, ABŞ-ı tənqid edib

Rusiyanın xarici işlər naziri öz militarist siyasətləri ilə regional və beynəlxalq təhlükəsizliyi xətərə saldığına görə, ABŞ-ı tənqid edib.

IRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel ilə telefon söhbətində vurğulayıb ki, ABŞ-ın Suriyaya qarşı raket hücumu beynəlxalq terrorizmlə mübarizə ilə təzaddadır.

"ABŞ-ın Suriyaya qarşı özbaşına raket hücumu təcavüzkarcasına bir hərəkətdir" deyən Lavrov söyləyib: Vaşinqtonun Suriyaya qarşı raket hücumunu əsaslandırmaq üçün yetərli fakt və sənədi yox idi və İdlibə kimyəvi hücuma cavabda Suriya ordusuna qarşı atdığı öz hərbi addımını himayə istiqamətində təqdim etdiyi faktlar yetərli və qaneedici deyil.

Lavrov həmçinin Suriyanın İdlib vilayətindəki Xan Şiyxun məntəqəsində həyata keçirilmiş kimyəvi hücum və bu barədə mövcud olan şübhələrin aydınlaşması haqda dəqiq araşdırmanın aparılması vacibliyinə təkid edib.

Rusiya və Almaniyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının Suriya haqda olan 2254 saylı qətnaməsinin bütün maddələrinin icrası lüzumunu da vurğulayıblar. Zira bu qətnamə Suriya böhranının siyasi həlli, döyüşlərə son qoyulması və suriyalı-suriyalı danışıqların vacibliyini özündə ehtiva edir.

Teqlər