İngiltərə xalqı London başçılarının Fələstin xalqından üzr istəmələrini tələb edib
11 mindən çox ingilis "Fələstin amalını himayə" kampaniyası formasında uzun bir məktub imzalayaraq, London başçılarının biabırçı "Balfor" bəyannaməsini yaydığına görə, Fələstin xalqından rəsmi şəkildə üzr istəmələrini tələb edib.
IRIB-nin məlumatına görə, İngiltərə hökuməti üç gün ərzində bu tələbi cavablandırmağa borcludur.
Kampaniyanın təşkilatçıları bildiriblər ki, İngiltərə parlamentində müzakirəyə çıxarmaq məqsədilə məktubu imzalayanların sayının 100 min nəfərə çatması üçün bu sahədəki fəaliyyətlərini davam etdirəcəklər.
Londonda "Ələvdə" fələstinli mərkəzinin icra müdiri Tariq Həmud deyib: 11 mindən çox ingilisin bu məktubun hazırlanması və imzalanmasında iştirak etməsi Fələstin məsələsilə bağlı İngiltərənin ümumi fikrində son dərəcə mühüm və müsbət bir dəyişikliyin baş verməsindən xəbər verir.
İngiltərə tarixinin biabırçı bəyannamələrindən olan "Balfor" Fələstinin işğalı və sionist rejimin təsisinin başlanğıcıdır.
1917-ci il noyabrın 2-də İngiltərənin ozamankı xarici işlər naziri Artur Ceyms Balfor tərəfindən bu ölkədəki yəhudi icmasının lideri Baron Valter Ruçildə ünvanlanmış bu bəyannamə Fələstin torpaqlarında saxta İsrail rejiminin təsisinə bir icazə idi.
"Balfor" bəyannaməsi Fələstin xalqı üçün saysız-hesabsız əzablar gətiribdir.