Apr 17, 2017 16:24 Asia/Baku
  • ABŞ-da Trampın avantürist siyasətlərinə qarşı aksiya keçirilib
    ABŞ-da Trampın avantürist siyasətlərinə qarşı aksiya keçirilib

ABŞ vətəndaşları bu ölkə prezidentinin avantürist siyasətlərinə etiraz əlaməti olaraq Vaşinqtonda Ağ Ev qarşısına toplaşıblar.

Press TV-nin məlumatına görə, etirazçılar Vaşinqtonda ABŞ prezidenti Donald Tramp hökuməti əleyhinə şüarlar səsləndirərək bu ölkənin Əfqanıstandakı avantürist siyasətləri və ABŞ ordusunun dünyanın müxtəlif bölgələrindəki hərbi müdaxilələrinin davam etməsinə etiraz ediblər.

ABŞ-da yaşayan Əfqanıstan vətəndaşları da bu aksiyada amerikalı hərbçilər tərəfindən Əfqanıstanın viran edilməsi, ABŞ-ın Əfqanıstanda ən böyük qeyri-nüvə bombasından istifadə etməsi ardınca, bu ölkə vətəndaşlarının həyatında problemlərin yaranması, Əfqanıstan xalqının əzab-əziyyət içində yaşamasına etirazlarını bildiriblər.

Vaşinqton öz müdaxiləçi və avantürist siyasətləri istiqamətində Suriyaya raket təcavüzü, Koreya yarımadasına hərbi qüvvələrini ezam etməsindən sonra, cümə axşamı günü Əfqanıstanda "bombaların anası" adlandırılan dünyanın ən böyük qeyri-nüvə bombasını sınaqdan keçirib.

Tramp hökumətinin hərbi məsələlər üzrə strategiyaları daxili və beynəlxalq tənqidlərə səbəb olmuşdur.

Teqlər