Apr 17, 2017 19:09 Asia/Baku
  • Lavrov: ABŞ Suriya ilə bağlı diplomatik prosesi problemlə üzləşdirdi
    Lavrov: ABŞ Suriya ilə bağlı diplomatik prosesi problemlə üzləşdirdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriyaya raket hücumunun diplomatik yolla böhranınn çözümünü problemlə üzləşdirdiyini deyib.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Sergey Lavrov Seneqal xarici işlər naziri Mankeur Ndiaye ilə birgə mətbuat konfransında xatırladıb: ABŞ-ın Suriyada hərbi bazaya raket hücumu yalnız vəziyyətin ağırlaşmasına səbəb oldu və Suriyada böhranın diplomatik həlli üzrə səyi çətinləşdirdi. 

Bəzi regional və beynəlxalq tərəflərin Suriyada mövcud olan qeyri-münasib vəziyyətdən yararlanmağa çalışdığını bəyan edən Lavrovun sözlərinə görə, Moskva dəfələrlə vurğulayıb ki, Suriya hökumətinin zəhərli silahlardan istifadə etməsinə dair iddialar haqda BMT-nin nəzarəti ilə tərəfsiz araşdırma aparılmalıdır. 

Lavrov əlavə edib: Hazırda istər xarici müxalifət, istərsə də Suriyadakı müxalifət, eləcə də regional və regiondan kənar oyunçular hazırkı vəziyyətdən yararlanaraq Suriyadakı böhranda Bəşşar Əsəd hökumətinin məsuliyyət daşıdığını əks etdirməyə çalışırlar. Halbuki onlar bilməlidirlər ki, belə funksiya təhlükəli səydir. 

Rusiya xarici işlər naziri həmçinin ABŞ-ın Şimali Koreya əleyhinə təhdidini yanlış strategiya adlandırıb və son vaxtlar Suriyada edilən birtərəfli hərəkətlərin Şimali Koreyada təkrarlanmayacağına ümid edib. 

Suriya hökumətinin 2014-cü ildə öz kimyəvi silahlar cəbbəxanasını BMT və Kimyəvi Silahların Qadağası üzrə Təşkilatın nümayəndələrinə təhvil verməsinə baxmayaraq, ABŞ cümə günü, 7 apreldə Suriya hökumətinin Xan Şeyxunda kimyəvi hücumda rolunun olması bəhanəsi ilə Suriya ərazisinə 59 raket atıb. 

Teqlər